Türkiyənin Muş rayonunda 12 kəndi elektrik enerjisi ilə təmin edən Sürügüden stansiyasında 2 metrlik ilan qəzaya səbəb olub.
VOİCEPRESS Milliyet-ə istinadən xəbər verir ki, Sürügüden enerji xəttində elektrik dirəyinə çıxan 2 metrlik ilan naqillərlə elektrik dirəyi arasındakı axına “düşərək” tələf olub. İlanın stansiyadakı partlayışa səbəb olmasıyla 12 kənd işıqsız qalıb.
Kəndlilərin xəbərdarlığından sonra səlahiyyətlilər elektrik dirəklərini bir-bir gəzərək qəza yerini tapmağa çalışıblar. Təxminən 15 saat ərzində ərazini gəzən qruplar Sürügüden enerji nəql xəttindəki elektrik dirəyində qurumuş ilanı görüblər. Dirəyə çıxan səlahiyyətlilər cərəyan axınına qapılaraq tələf olan ilanı endirdikdən sonra kəndlərin elektirik enejisi problemini aradan qaldırıblar.
VOİCEPRESS.AZ