Yığmamız Gürcüstanda kubok qazandı

0
314026

Gürcüstanın paytaxtı Tbilisidə 18 yaşadək oğlan voleybolçular arasında “Bahar kuboku” keçirilib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, yarışda xal hesabına görə birinci yeri Azərbaycan yığması tutub.

İlk görüşdə Gürcüstanın gənclər yığmasını 3:2 hesabı ilə üstələyən həmyerlilərimiz ardınca “Tbilisi” komandasına qalib gəliblər – 3:1.

Üçüncü görüşündə “Kutaisi”yə uduzan (2:3) millimiz sonuncu matçda Gürcüstanın 1998-1999-cu il təvəllüdlü voleybolçularından ibarət komandasına 3:1 hesabı ilə qalib gəlib.

Nəticədə yığmamız ümumi xal hesabına görə kubokun qalibi adını qazanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here