Yer təhlükədə: səmadan ölüm gəlir – VİDEO

0
314196

Diametrinin 640 metr – 1.4 kilometr həcmi aralığında olduğu təxmin edilən meteorit Yerin təxminən 1.7 milyon kilometrliyindən keçəcək.

VOİCEPRESS BBC-yə istinadən xəbər verir ki, NASA 19 apreldə nəhəng bir meteoritin dünyaya toxunaraq keçəcəyini açıqlayıb.

NASA meteoriti “potensial təhlükə” olaraq xarakterizə edib.

Qeyd edək ki, NASA Yerə yaxın keçən 100 metrdən böyük hər cismi bu cür dəyərləndirir. 2014-cü ilin mayında kəşf edilən bu səma daşına “2014 JO25” adı verilmişdi.

“2014 JO25″in 480 il ərzində belə bir keçid etməyəcəyi güman edilir.

2004-cü ilin sentyabrında “4179 Toutatis” adı verilən 4.6 kilometr ölçüdə bir meteorit dünyaya təxminən 1.6 milyon kilometr məsafədən keçmişdi.

O da bildirilir ki, 800 metr diametrlik “1999 AN10” adlı meteorit isə 2027-ci ilin avqustunda Yer kürəsinin 340 min kilometr yaxınlığından keçəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here