YARAT tammetrajlı filmin nümayişinə dəvət edir

0
313691

YARAT rusiyalı rejissor Ella Manjeyevanın ilk tammetrajlı filminin nümayişinə dəvət edir.

VOİCEPRESS xəbər verir ki, aprelin 4-ü YARAT Film Klubu sizi gənc rusiyalı rejissor Ella Manjeyevanın “Qağayılar” (Rusiya, 2015) ilk tammetrajlı filminin nümayişinə dəvət edir.

Balıqçı ilə evli olan Elza Kalmıkiyada dəniz kənarında yerləşən kiçik bir kənddə yaşayır. O, ərindən boşanmaq istəyir, lakin naməlum bir qorxu onu bu addımı atmaqdan çəkindirir. Elzanın həyat yoldaşının qəfil vəfatı onun həyat, xoşbəxtlik və azadlıq anlayışlarını dəyişir.

4 aprel, 2017 / saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here