YAP Nizami rayon təşkilatı Qadınları Şurasının sədri Sevda Abdullayeva XX əsr Azərbaycan elminin böyük simalarından olan Zərifə Əliyevanın öz vəzifəsini şərəflə yerinə yetirən ana olduğunu bildirərək, ölkəmizə müstəqil Azərbaycanın tərəqqi zirvələrini fəth etməsində qazandığı uğurların təminatçısı olan Prezident İlham Əliyev kimi lider bəxş etdiyindən danışıb.
Eyni zamanda, Zərifə Əliyevanın müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr edən dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğundan danışılıb. Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyi vurğulanıb.
YAP Nizami rayon təşkilatı Qadınları Şurasının digər üzvləri də akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə fikirlərini bölüşüblər.
VOİCEPRESS.AZ