Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən bu fakt müəyyən olunub və dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilərək bu təxribatın qarşısı alınıb:
“”Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb. Səfirlik və Baş konsulluq tərəfindən məsələ nəzarətdə saxlanılır”.
O bildirib ki, sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan böyük stendlə təmsil olunur: “Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkəti iştirak edir”.
VOİCEPRESS.AZ