Xəzərin suyu rayonlara aparılacaq

0
313964

Bu gün Bakı şəhərinin Daş Salnamə Muzeyində “Xəzər dənizindən başlayan Səyahət”in ilkin təqdimat mərasimi keçiriləcək.

VOİCEPRESS xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, Xəzər dənizindən götürülmüş su Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim ediləcək. Daha sonra “Xəzər dənizindən başlayan Səyahət” adlı tədbirlər proqramının tərkib hissəsi olaraq, uşaqlar həmin suyu özləri ilə birlikdə yaşadıqları rayonlara aparacaqlar. Bu su Bakı şəhərinin və İslam Oyunlarının Azərbaycanın rayonlarına xatirə hədiyyəsidir.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycan ərasizində təşkil olunacaq tədbirlərin proqramı olan “Xəzər dənizindən başlayan Səyahət”i müddətində 15-dən çox tarixi şəhərin və su mənbəyinin ziyarət edilməsi, 3000 km-dən artıq məsafənin qət edilməsi nəzərdə tutulur. Hər bir rayon Su Mərasiminə və axşam saatlarında keçiriləcək Su Festivalına ev sahibliyi edəcək. Axşam saatlarında təşkil olunan Su Festivalları ictimai tədbir hesab olunduğundan burada iştirak ödənişsizdir. Festivallarda yerli ifaçı qruplarının çıxışları, Azərbaycanın məşhur “Mirvari” rəqs qrupunun rəqs ifaları, göz oxşayan su şousu və möhtəşəm atəşfəşanlıq qonaqları heyran edir.

İlkin Təqdimat Mərasiminin keçirilməsindən 37 gün sonra Səyahət Bakı Olimpiya Stadionunda başa çatacaq. Bu heyrətamiz şəhərin bütün guşələrindən toplanan su 12 may tarixində Bakıya gətiriləcək və Açılış Mərasiminin tərkib hissəsi hesab olunmaqla, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə edəcək.

Qeyd edək ki, İslam dinində su ünsürünə böyük önəm verilir. Su saflıq, təmizlik və şəfa rəmzidir. Möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Novruz bayramından öncə qeyd etdiyimiz çərşənbələri simvolizə edən dörd ənənəvi ünsürdən (su, torpaq, hava və od) biri də məhz sudur. Vurğulanan bütün məqamlar son dərəcə mühüm əhəmiyyət kəsb etdiyindən, Oyunlar ərəfəsində Su ünsürünün bayram kimi qeyd edilməsi qərara alınıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here