Xaçmazda güclü külək – Evin bir hissəsi çökdü

27 Aprel, 17:08

Bu gün güclü külək nəticəsində aşan ağac yaşayış evinin üzərinə düşüb.

VOİCEPRESS xəbər verir ki, hadisə Xaçmazın Qıraqlı kəndində qeydə alınıb. Qovaq ağacı aşaraq kənd sakini Səlim Hacıyeva məxsus yaşayış evinin üzərinə düşüb. Ev sahibləri hadisə zamanı evdə olublar. Ailə üzvləri xəsarət almasa da, evin bir hissəsi çöküb, əşyaları yararsız hala düşüb.

Faktla bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here