“WikiLeaks” Rusiyanındır?

0
313851

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo “WikiLeaks” saytını “ABŞ-a düşmən olan qeyri-dövlət kəşfiyyat xidməti” kimi qiymətləndirib.

VOİCEPRESS “BBC”yə istinadən xəbər verir ki, Pompeo bu saytın Rusiya kimi antidemokratik dövlətlərin təsiri altında olduğunu deyib.

CİA rəhbəri deyib ki, Rusiya ötən il ABŞ-dakı seçki kampaniyası zamanı hakerlərin oğurladıqları məlumatları yaymaq üçün “WikiLeaks”dən istifadə edib: “Sayt buna çalışıb ki, onun tərəfdarları CİA-də işə düzəlsinlər və məxfi informasiyaları əldə etsinlər. Bu saytın işi əsasən ABŞ-a fokuslanıb və onlar antidemokratik dövlətlərdən, təşkilatlardan dəstək axtarırlar”.

Xatırladaq ki, bu ilin mart ayında “Wikileaks” CİA-in istifadə etdiyi haker üsulları barədə minlərlə material yerləşdirib. Sənədlərdə söhbət kompüter və smartfonlar üçün viruslardan, eləcə də “ağıllı” televizorları dinləmə qurğusuna çevirən proqram təminatından gedir. Bu sənədlərə əsasən CİA-in əlində “Windows”, “Android”, “iOS”, “OSX” və “Linux” əməliyyat sistemlərini yoluxduran viruslar və internet-routerlər var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here