VOİCEPRESS ICTnews-a istinadən bildirir ki, hollandiyalı alimlərin ixtirası böyük məbləğ və vaxt itkisi tələb etmir. Simsiz məlumatlar bir neçə mərkəzi “işıq antenası”ndan ötürüləcək. İşıq antenaları işıq şüalarını çox dəqiq ötürmək qabiliyyətinə malikdirlər və bu qurğuda hərəkət edən hissələr nəzərdə tutulmadığına görə xidmətə ehtiyac yoxdur və əlavə enerji tələb etmir.
İşıq dalğasının uzunluğunu dəyişdikdə, həmçinin işıq şüalanmasının istiqaməti dəyişir. İstifadəçi internetə qoşulmuş qurğu ilə birgə yerini dəyişdirdikdə işıq antenaları yüklənməni bir-birinə ötürür.
Beləliklə, yeni həll, həmçinin şəbəkəni yükləməyəcək. Gözün torlu qişasının həssas hissəsinə çatmayan təhlükəsiz infraqırmızı şüalanmadan istifadə edildiyindən bu metod tamamilə zərərsizdir.
VOİCEPRESS.AZ