Venesuelada1300 nəfər tutulub

0
313741

Venesuelada etiraz aksiyaları başlanandan 1,3 min insan tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə “Venesuela cinayət forumu” qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero öz “Twitter” hesabında yazıb.

“Aprelin 4-dən bu günədək etiraz aksiyalarında iştiraka görə 1289 nəfər tutulub”, – Romero yazıb.

Bundan əvvəl 585 nəfərin saxlanıldığı bildirilirdi.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları məhkəmənin üzvlərinin istefası tələbi ilə küçələrə çıxıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here