Üzeyir Cəfərov: “”Ağlına bərəkallah”, Fransanın taleyini həll etmək istəyən siyasətçi”

0
313597

“Hesab edirəm ki, yaxın vaxtlarda biz Qarabağla bağlı Rusiya ilə yanaşı Fransanın da ermənipərəst və sırf Ermənistan mənafelərinə xidmət edən fəaliyyətinin şahidi olacağıq”.

Bunu VOİCEPRESS-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, aprelin 23-də Fransada keçiriləcək növbəti prezident seçkiləri mənim üçün artıq baş tutmuş, arxada qalan bir proses təsiri bağışlıyır: “Çünki, erməni lobbisinin çox böyük təsiri altında olan prezidentliyə namizədlərin demək olar ki, hamısı-Mari Li Pen, Fransua Fiyon, Enri Makron “qondarma erməni soyqırımı” və Qarabağ məsələsində ermənipərəst mövqelərini bundan xeyli əvvəl ortalığa qoymuş şəxslərdirlər və onlardan birinin hakimiyyətə gəlməsi sözsüz ki, onsuz da gərgin olan vəziyyəti bir az da mürəkkəbləşdirəcəkdir.
Qısaca xatırladım ki, xanım Mari Li Pen hələ uzun illər əvvəl söylədiyi və təbliğat dövründə keçirdiyi görüşlər zamanı Qarabağın erməni torpağı olduğunu, sonralar, yəni 1921-ci ildə Stalin tərəfindən Azərbaycana verildiyini iddia edən şəxsdir. Bu adam Qarabağ münaqişəsinin həlli yolunu bu ərazinin Ermənistana birləşdirilməsində görür. Necə deyərlər, “ağlına” bərəkallah, Fransanın taleyini həll etmək istəyən siyasətçi.
Unutmayaq ki, ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri də Fransadır və onlar sırf Ermənistan maraqlarından indiyə kimi dəfələrlə açıqlamalar veriblər və Rusiya ilə bərabər çalışırlar ki, Qarabağı hansısa hiylələrlə Azərbaycandan ayırsınlar. Digər namizədlər də, bu xanımdan demək olar ki, heç nə ilə fərqlənmirlər. Görünür, erməni lobbisinin çoxlu maliyyə və digər imkanları bunların davranışlarına və hərəkətlərinə ciddi təsir edib. Ona görə də, hesab edirəm ki, yaxın vaxtlarda biz Qarabağla bağlı Rusiya ilə yanaşı Fransanın da ermənipərəst və sırf Ermənistan mənafelərinə xidmət edən fəaliyyətinin şahidi olacağıq”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here