Uşaqları bahar xəstəliklərindən qorumaq üçün 5 tədbir

0
314217

1. Çox isti yerdə yatmamalıdır: Otağının istiliyini yaxşı təyin etmək çox əhəmiyyətlidir. Gecə üstünün açılıb üşüyəcəyini düşünərək tərləməsinə səbəb ola biləcək qalın paltar geyindirmək, ya da otağını isti saxlamaq əksinə ona zərər verir. İdeal otaq istiliyi gündüz 22, gecə 19-20 dərəcə olmalıdır.

2. Tərlədən geyimlər geyindirməyin: Tərlədən paltarlardan uzaq durun, sintetik paltarların əvəzinə pambıq tərkibli libaslar geyindirin. VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, paltarlarını havaların isinib-soyumasını, ani istilik dəyişikliklərini nəzərə alaraq seçin.
3. Havaya çıxardın: Günəşli havalarda günəşin faydalarından uşağınızı məhrum etməyin. Parka çıxarın, həm təmiz hava almasını, həm günəşdən faydalanmasını təmin edin.
4. Su içmə vərdişi yaradın: Uşağınızın yaşına və kilosuna uyğun olaraq hər gün 500ml – 2lt arasında, kifayət miqdarda su içməsini təmin edin. Maye ehtiyacını həyat qaynağımız olan su ilə ödəməsi çox əhəmiyyətlidir. Digər tərəfdən meyvə suları yerinə meyvənin özünü yedirin. Turş içkilərin uşaqların qidalanmasında qətiyyən yeri yoxdur.
5. Olduğu mühiti havalandırın: Bahar xəstəliklərindən qorunmada uşağınızı bağlı və sıx mühitlərdən uzaq tutmaq da çox əhəmiyyətlidir. Evinizdə otaqların, məktəbdə sinif otağının nizamlı və tez-tez havalandırılması şərtdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here