“ÜAK-ın ləğvi məsələsinin gündəmə gəlməsi yaxşı hal deyil”

0
313925

“Rusiyada fəaliyyət göstərən Ümumrüsiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi məsələsinin gündəmə gəlməsi yaxşı hal deyil”.

VOİCEPRESS bildirir ki, bunu trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev ÜAK-ın ləğvi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Deputat bildirib ki, dövlət rəsmiləri tərəfindən belə məsələlərə hər zaman yüksək səviyyədə diqqət ayrılır.

B.Əliyev əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədə qurulub:

“Yəqin ki, bu münasibətlərə xələl gətirmək üçün belə bir məsələ gündəmə gətirilib”.

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb. Rusiyanın Ədliyyə Nazirliyi bu təşkilatın öz fəaliyyətində ölkə qanunvericiliyini pozduğunu əsas gətirərək onun ləğvi məqsədilə Ali Məhkəməyə müraciət edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here