ÜAK-ın bağlanması parlamentin iclasında müzakirə edildi

0
314577

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasına münasibət bildirib.

VOİCEPRESS
-in məlumatına görə deputat qeyd edib ki, bu məsələ iki dövlət arasındakı münasibətlərə zərər gətirməyə çalışan hansısa qüvvələrin işləridir.

“Ümummrusiya Azərbaycanlıları Konqresi həmişə Rusiyanı bütün işlərində dəstəkləyib. Bundan əlavə, Azərbaycan həmişə Rusiya ilə müttəfiqlik mövqeyində olub.
Bunun nəticəsidir ki, Azərbaycanda 300-dən artıq rus məktəbi, o cümlədən rusdilli institutlar, onların filialları fəaliyyət göstərir. Ancaq bu məsələ iki ölkə vətəndaşları arasında narazılığa səbəb olur. Düşünürəm ki, parlamentin dostluq qrupu bununla bağlı addım atmalıdır. Kiçik bir məsələ ilə bağlı iki ölkənin əhalisi arasında narazılıq yaratmaq düzgün deyil”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here