Tvitter ABŞ administrasiyasını məhkəməyə verib.
VOİCEPRESS xəbər verir ki, buna səbəb tvitterdə ABŞ hökumətinin prezident Donald Trampı tənqid edən hesab sahiblərinin şəxsi məlumatlarını istəməsi olub.
Şirkət iddia edir ki, istifadəçilərin şəxsi məlumatlarını ABŞ-ın gömrük-sərhəd xidməti tələb edib.
İddia San-Fransisko məhkəməsinə göndərilib. Tvitter təkid edir ki, hökumətin bu tələbi ABŞ qanunvericiliyinə ziddir.
VOİCEPRESS.AZ