VOİCEPRESS xəbər verir ki, Səfir Erkan Özoral, öz növbəsində, universiteti ziyarətindən məmnunluğunu ifadə edib. AzTU-nun türk tələbələrə qayğısını və Türkiyə universitetləri ilə əlaqələrini yüksək qiymətləndirən səfir yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini də bölüşüb.
Hazırda Türkiyə ali təhsil ocaqlarında 13000 azərbaycanlı tələbənin və Azərbaycan universitetlərində 3000 türk tələbənin təhsil aldığını deyən səfir Erkan Özoral onların gələcəkdə ölkələrarası əlaqələrdə körpü olacaqlarını vurğulayıb.
Sonra səfir AzTU-da təhsil alan türk tələbələrlə görüşüb. Görüşdə tələbələrə daima Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün çalışmaq, Azərbaycanı Türkiyə kimi sevmək, maraqlarını qorumaq tövsiyə edib.
VOİCEPRESS.AZ