Türkiyədə vertolyot qəzası: 12 ölü – YENİLƏNİB

0
313972

Türkiyənin Tunceli vilayətində qəzaya uğrayan vertolyotun qalıqları tapılıb.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən bildirir ki, helikopterdə olan 12 nəfər hadisə nəticəsində həlak olub.

16:44

Türkiyədə qəzaya uğrayan helikopterlə bağlı axtarış işləri davam edərkən heyətdən bir şəxs 112-yə zəng edərək, “7 yaralımız var” deyərək kömək istəyib.

VOİCEPRESS Türkiyə mediasına istinadla bildirir ki, Tunceli, Diyarbakır, Elazığ, Erzincan və Erzurumdan 43 nəfərlik axtarış və xilasetmə qrupu qəsəbənin Çambulak ve Kocatepe kəndlərindən 2500 m hündürlükdə baş verən qəza yerinə göndərilib. Güclü yağış ara vermir.

15:30

VOİCEPRESS Türkiyə mediasına istinadla bildirir ki, helikopterin düşdüyü Ovacığın Çambulak ərazisində güclü duman və yağış olub.

Qəzayla əlaqədar Tunceli valiliyindən edilən açıqlamada qəzanın məhz mənfi hava şəraitinə görə meydana gəldiyi deyilir.

15:20

Diyarbakırdan qalxan “Sikorsky S-70 Blackhavk” tipli helikopter ilə radio əlaqə Tunceli üzərindən uçuşu zamanı, saat 11.30-da kəsilib.

VOİCEPRESS Türkiyə mediasına istinadla bildirir ki, Tunceli ilə Ovacık arasında əlaqənin itdiyi helikopterin içərisindəki hakim referendum zamanı seçki komissiyasının tərkibində çıxış edib.


15:12

Türkiyənin Tunceli əyalətində içində 7-si polis, 1-i gizir, 1-i hakim və 3-ü personal olmaqla, 12 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

VOİCEPRESS hürriyet-ə istinadən xəbər verir ki, bölgəyə xeyli sayda axtarış və xilasetmə qrupları cəlb edilib.

Ümumi Təhlükəsizlik İdarəsinə aid olan polis vertolyotunun saat 13.30-da radardan itdiyi deyilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here