Türkiyənin Şərqi Anadolu bölgəsinin Ardahan rayonunda ev tikintisi zamanı ekskavator bünövrə qazarkən üzərində xaç işarəsi olan bir tabutla rastlaşıb.
VOİCEPRESS milliyet-ə istinadən xəbər verir ki, tabutun rus generala aid olduğu iddia edilir. Şəhərdə “Rus generalın tabutu tapıldı” xəbəri qısa müddətdə yayılıb və yüzlərlə insan həmin “mənzərə”ni görmək üçün tikintinin aparıldığı yerə axın edib.

Torpaq altındakı tabutu çıxaran səlahiyyətlilər içərisində bir rus generalına aid olduğu deyilən skelet, çürüməkdə olan bot və palto olduğunu qeyd ediblər.
Bu məqamda mənzilin təməl qazıntısı aparıldığı yerdə qızıl və tarixi əsərlər olduğu söz-söhbəti də yayılmağa başlayıb.
Qars muzeyinin arxeoloqu tabut və onun içindəki skeletin bir rus generalına aid ola biləcəyini təsdiq edib.
“Etdiyimiz araşdırmada rusların 1878-ci ildən sonra buraya köçdüyünü nəzərə alaraq bu qənaətə gəlmək olar ki, bu, o dövrdə yaşamış bir rus generala aid olan tabutdur”.
VOİCEPRESS.AZ