Türkiyənin Mersin vilayətində polis əməkdaşlarına hücum edilib.
VOİCEPRESS-in “Haber7”-yə istinadən verdiyi məlumata görə, naməlum şəxslər polis patrul avtomobilinə partlayıcı maddə atıblar.
Məlumata görə, partlayış nəticəsində iki polis əməkdaşı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Vilayətdə həmin şəxslərin axtarışı üzrə geniş əməliyyata başlanılıb.
VOİCEPRESS.AZ