Türkiyədə aprelin 25-də terror ola bilər

0
314131

Avstraliya aprel ayının 25-də Anzak hadisəsinin anım günü üçün Türkiyəyə getməyə hazırlaşan vətəndaşlarına xəbərdarlıq edib.

VOİCEPRESS “Hürriyet”ə istinadla bildirir ki, Avstraliyanın xarici işlər naziri Julie Bişop Geliboluda təşkil olunacaq mərasim günündə terror ola biləcəyini düşündüklərini söyləyib.

Avstraliya Türkiyəyə səyahət edənlərlə bağlı xəbərdalığı bu gün yeniləyib. Xəbərdarlıqda bildirilib ki, Ankara və İstanbulu gəzmək istəyən vətəndaşlar diqqətli olsunlar.

Qeyd edək ki, hər il 25 apreldə yüzlərlə avstraliyalı və yeni zellandiyalı Türkiyəyə gəlir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here