Türkiyə ordusuna gözlənilməz hücum: Şəhidlər var

0
314050

Türkiyə Silahlı Qüvvələri dərhal bölgəyə əlavə qüvvələr göndərib

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələrinin PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyatları davam edir.

VOİCEPRESSin DHA-ya istinadən verdiyi məlumata görə, vilayətin Uludərə qəsəbəsində türk hərbçilərlə PKK terrorçuları arasında şiddətli döyüşlər gedib.

Məlumata görə, terrorçuların hərbçilərə qəfil hücumu nəticəsində 2 əsgər şəhid olub, daha ikisi isə yaralanıb.

Türkiyə Silahlı Qüvvələri dərhal bölgəyə əlavə qüvvələr göndərib və genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Əməliyyatlara havadan hərbi helikopterlər də dəstək verir.

Türkiyə Ordusu aprelin 19-u gecə saatlarında kəşfiyyat məlumatı əsasında PKK terrorçularına qarşı əməliyyatların miqyasını genişləndirib. Türk əsgərləri iki günə 26 terrorçunu məhv edib. Onların arasında İran əsilli SORO kod adlı terrorçu da var.

Son bir həftə ərzində keçirilən əməliyyatlarda isə 45 terrorçu öldürülüb. Lakin döyüşlər zamanı TSQ-da itki verib, 5 əsgər şəhid olub, 5-i isə yaralanıb.

Terrorçuların xeyli sayda silah-sursatı ələ keçirilib, sığınacaqları damadağın edilib.

TSQ-nın yaydığı məlumatda eyni zamanda qeyd olunur ki, türk əsgəri Suriyanın şimalında 2015 kilometr ərazini terrorçulardan tamamilə təmizləyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here