Türkiyə kuboku: bütün yarımfinalçılar müəyyənləşdi

0
314233

Türkiyə kubokunda bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, son vəsiqə uğrunda Super Liqa təmsilçisi “Konyaspor”la birinci liqada mübarizə aparan “Sivasspor” qarşılaşıb.

Görüş Konya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında Sivasda baş tutmuş ilk oyunda qolsuz bərabərlik qeydə alındığına görə, “Konyaspor” final uğrunda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, daha əvvəl “Fənərbağça”, “Başakşəhər” və “Kasımpaşa” yarımfinala vəsiqə qazanmışdı.

Final uğrunda “Fənər” “Başakşəhər”lə, “Konyaspor” isə “Kasımpaşa” ilə qarşılaşacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here