Türkiyə Azərbaycan və Ermənistanla sərhədlərini minalardan təmizləyəcək

0
313792

Türkiyədə Azərbaycan, İran və Ermənistanla sərhəddə minaların təmizlənməsinə dair layihənin icrasına başlayıb.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, layihə Türkiyə hökuməti və Avropa İttifaqı tərəfindən birgə maliyyələşdiriləcək.

Ağrı dağının ətəyindən artıq layihənin icrasına başlanılıb. Plana görə, 2 il içərisində Türkiyənin Ermənistan, Azərbaycan və İranla sərhədində basdırılmış minalar təmizlənməlidir. Təmizləmə işləri Cənubi Afrika Respublikasından olan şirkət tərəfindən həyata keçiriləcək. Şirkətdən bildiriblər ki, 15 milyon kvadrat metrlik ərazidə 222 minanın aşkar edildiyi 511 minalı ərazinin təmizlənməsi nəzərdə tutulur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here