Dünyanın ən böyük internet ensiklopediyası “Wikipedia”ya Türkiyədən daxil olmaq əngəllənib.
VOİCEPRESS hürriyet-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Vikipediyaya girişin bağlanmasıyla bağlı hələ heç bir açılama vermir. Bu olay isə qardaş ölkənin sosial şəbəkə istifadəçilərinin ciddi müzakirəsinə səbəb olub.
Dünyanın ən böyük internet ensiklopediyasına girişin Türkiyədə bağlanması hər kəsin beynində müxtəlif sual işarələri yaradıb.
VOİCEPRESS.AZ