Trampın nəvəsi Çin prezidenti üçün oxudu – VİDEO

8 Aprel, 16:03

ABŞ prezidenti Donald Trampın qızı İvanka “Twitter” səhifəsində qızı Arabellanın videosunu paylaşıb.

VOİCEPRESS xəbər verir ki, “RİA Novosti”yə istinadən xəbər verir ki, videoda Arabella Donald Trampın “Mar-a-Laqo” iqamətgahındakı görüş zamanı Çin lideri Si Tszinp və xanımı üçün Çin dilində mahnı oxuyur.

Qeyd edək ki, Çin rəhbəri 6-7 aprel tarixlərində ABŞ-da səfərdə olub. Sayt yazır ki, Tramp Çinlə sərt danışsa da, ABŞ prezidentinin ailəsi İvankanın sayəsində Çində kifayət qədər məşhurdur. İvanka əvvəl də qızının Çin dilində şer oxuduğu ilə bağlı “Instagram”da video yerləşdirmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here