Trampın baş müşaviri və kürəkəni Kuşner dövlət qulluğuna gəlmək üçün 266 vəzifəni tərk edib

0
314333

ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşner dövlət qulluğunda işləmək imkanına malik olmaq üçün özəl sektorda çalışdığı 266 müxtəlif vəzifədən istefa verməyə məcbur qalıb.

VOİCEPRESS-in məlumatına görə, bunu ABŞ administrasiyasının nümayəndəsi Ağ Evdə keçirilən xüsusi brifinqdə jurnalistlərə deyib.

O, təsdiq edib ki, ABŞ prezidentinin ətrafında olan və son zamanlara qədər özəl şirkətlərdə çalışan bütün nümayəndələr əvvəlki vəzifələrini tərk ediblər.

Brifinqin aparıcısı jurnalistlərin ABŞ administrasiyasında neçə milyarderin olmasına dair verdikləri sualdan yayınmağa çalışıb. “Buna bir çox müxtəlif üsullarla baxmaq olar”, – administrasiyanın nümayəndəsi sualı belə cavablandırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here