Trampdan Putinə ağır şərtlər

0
314664

Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson, Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaların nə vaxta qədər davam edəcəyi barədə açıqlama verib.

VOİCEPRESS “Press Tv”yə istinadən xəbər verir ki, Reks Tillerson Rusiya ilə münasibətlərin tam düzəlməsi üçün Krım yarımadasının Ukraynaya qaytarılmasını şərt qoyub: “Amerika ilə Rusiya arasındakı münasibətlərin yaxşılaşması Ukraynanın şərqindəki vəziyyətin düzəlib-düzəlməyəcəyindən asılıdır. Krım yenidən Ukraynanın nəzarətinə qaytarılmadan və Minsk razılaşmasının şərtləri yerinə yetirilmədən Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar davam edəcək” — dövlət katibi bildirib. Reks Tillerson sonda deyib ki, ABŞ Rusiya ilə əlaqələrin yaxşılaşmasını arzu edir.

Qeyd edək ki, yaxın günlərdə Rusiyaya səfər edən Tillerson, bu gün Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon əlaqəsi yaradaraq səfər barədə məlumat verib və Rusiyaya qoyduğu şərtləri prezidentin diqqətinə də çatdırıb.

Xatırladaq ki, Krım 2014-cü il, martın 17-də keçirilən referendumdan sonra rəsmən Rusiyanın tərkibinə daxil olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here