Tramp dollardan danışdı – Dəyəri düşdü

0
314775

ABŞ prezindenti Donald Tramp dolların dəyərindən danışıb.

VOİCEPRESS xəbər verir ki, lider “The Wall Street Journal”a müsahibəsində dollar mövzusuna toxunub. Bu valyutanın çox gücləndiyini deyən Tramp FED-in faiz dərəcəsini aşağı saxlayacağına ümid etdiyini bildirib.

O, “Düşünürəm ki, dollar çox güclənir və bu, mənim günahımdır. Çünki insanlar mənə etibar edirlər. Amma bu, ziyandır, son nəticədə pis təsir göstərəcək” deyib. Daha sonra Tramp bildirib ki, dolların güclənməsinin müsbət cəhətləri var, amma əsas üstünlük, sadəcə, “güclü dollar” ifadəsinin yaxşı səslənməsidir.

Prezindentin sözlərindən sonra Asiya bazarlarındakı valyutalarda ciddi dəyişiklik baş verib və dolların məzənnəsi enməyə başlayıb.

Analitiklər isə bunu müvəqqəti hesab edirlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here