Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

30 Aprel, 07:04

ABŞ NATO ölkələrini alyans çərçivəsində kollektiv müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək.

VOİCEPRESS -in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Qarrisberq şəhərində (Pensilvaniya ştatı) tərəfdarlarının mitinqində deyib.

“Biz NATO ölkələrini öz öhdəliklərini yerinə yetirməyə məcbur edirik”, – Tramp deyib.

Onun sözlərinə görə, Vaşinqtonun NATO üzrə müttəfiqləri “milyardlarla dollar ödəməyə başlayıblar”.

Tramp qeyd edib ki: “Son 8 il ərzində ABŞ öz hərbi xərclərini 2 dəfə artırıb”. Onun sözlərinə görə, digər NATO ölkələri eyni şeyi etməyiblər. “Bu düzgün deyil”, – prezident deyib.

Admistrasiya rəhbəri “Amerika silahlı qüvvələrini bərpa etməyə” söz verib: “Amerikanın birinciliyinin saxlanması silahlı qüvvələrimizin bərpasını nəzərdə tutur. Və biz bu prosesi başlatmışıq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here