Torpağa çiy yumurta və banan basdırmağın sirri…

0
314715

Həyətyanı sahədə və ya dibçəkdə meyvə, tərəvəz, çiçək yetişdirənlər bitkilərin məhsuldarlığını artırmağın çətinliyini bilirlər. Adətən bitkilərin məhsuldarlığını artırmaq üçün müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Ancaq bundan sonra bir yumurta ilə yetişdirdiyiniz tərəvəz və meyvələrdən qat-qat çox məhsul ala bilərsiniz.
Bitkiləri əkməzdən öncə istifadə edəcəyiniz yerə çiy yumurta qoymaq lazımdır. Yumurtanın qabıqlarının daşıdığı kalsium və müxtəlif minerallar torpağı çox miqdarda mineral təmin edir.

VOİCEPRESS-in məlumatına görə, torpağın altına basdırdığınız çiy yumurta sayəsində torpağınız həm mineral qaynağı olacaq, həm də əkdiyiniz bitkilərin köklərinin çürüməsinə mane olacaq. Həmçinin, əkdiyiniz tərəvəz və meyvələrin səmərəliliyini xeyli dərəcədə artıracaq.
Gələk bu prosesin necə aparıldığına. İlk olaraq bitki əkəcəyiniz torpağı seçməlisiniz. Daha sonra çiy yumurtanı torpağa qoyub üzərinə torpaq səpin.
Yumurta çürüməyə başladıqca torpağınız mineral anbarı olacaq. Bu prosesi xarab olmuş yumurtalardan etmək daha yaxşı nəticə verəcəkdir.
Peşəkarlar tərəfindən tətbiq olunan bu üsul daha sonra həyətində tərəvəz, meyvə və çiçək yetişdirən insanlar tərəfindən də tətbiq olunmağa başlanıb. Və çox yaxşı nəticələr alındığı deyilir. Peşəkarlar bunu banan qabıqları ilə də edirlər. Banan qabığı da effektiv təsirə malikdir. Və yüksək məhsuldarlığa səbəb olur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here