Tibb Universitetinin kafedra müdiri vəfat etdi

0
314468

Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasının müdiri Elxan Kərimov vəfat edib.

VOİCEPRESS xəbər verir ki, E.Kərimov 79 yaşında dünyasını dəyişib.
O, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, E.Kərimov 1938-ci ildə Göyçayda anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Tibb İnstitutunun stomatologiya ixtisasına yiyələnib.

2000-ci ildə Azərbaycan əməkdar həkimi, 2010-cu ildə isə əməkdar elm xadimi adına layiq görülüb. O, həm də Səhiyyə Nazirliyi Həkimlərin Attestasiyası Komissiyasının sədri olub. Mərhum 1990-cı ildən ortopedik stomatologiya kafedrasına rəhbərlik edirdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here