Federal Mühafizə Xidməti prezidenti hadisə yerinə buraxmaqdan imtina edib
Rusiya Federal Mühafizə Xidməti, prezident Vladimir Putini Sankt-Peterburq metrosunda terror aktı baş verən əraziyə buraxmaqdan imtina edib. VOİCEPRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, Xidmət bunu hadisə baş verən ərazidə avtomobillər, vətəndaşlar və yeraltı xətlərin yoxlanılmaması ilə izah edib. Bu barədə “Exo Moskvı” radiosunun twitter hesabında da məlumat yerləşdirilib.
VOİCEPRESS.AZ