Təmirsiz mənzillərin alınmasına da ipoteka krediti veriləcək – VİDEO

0
313904

Təmirsiz yaşayış sahələrinin alınmasına da ipoteka krediti veriləcək.

VOİCEPRESS xezerxeber.az-a istinadən xəbər verir ki, bu, dövlət başçısının imzaladığı fərmanda öz əksini tapıb. Ekspertlər düşünür ki, bu əsasən dövlətin həyata keçirdiyi mənzil siyasətinin reallaşdırılmasına dəstək olacaq. Bu, Mənzil İnşaatı Dövlət Agentliyinin tikdiyi binalara da tətbiq oluna bilər.

Dəyişikliklər güzəştli ipoteka alanlara daha az ilkin ödəniş imkanı verəcək. Ötən ilə qədər ilkin ödəniş ümumi məbləğin 15 faizi həcmində idisə, bundan sonra 10 faiz olacaq.

İndiyədək Azərbaycanda ipoteka krediti yalnız təmirli və sənədi olan evlərə verilib. Təmirsiz evlərə ipoteka krediti verilməsi alanlara öz zövqlərinə uyğun təmir fürsəti verəcək. Habelə təmirli evi alıb yenidən əl gəzdirməkdən də xilas edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here