İtaliya TAP-ın tikintisinə problem yaratdı, nazir rekasiiya verdi: “Bu layihə Avropaya lazımdır…”

0
314523

İtaliya məhkəməsinin “Azərbaycan borusu”nun (TAP) tikintisinin müvəqqəti dayandırılması barədə qərarına Azərbaycanın energetika naziri Natiq Əliyev reaksiya verib.

VOİCEPRESS virtualaz.org-a istinadən xəbər verir ki, nazir hazırda Türkiyədə olmasına baxmayaraq, baş verənlərdən məlumatlı olduğunu deyib:

“Öncədən razılıq verilib, hər şey qaydasında idi. Marşrut əvvəlcədən razılaşdırılıb, bundan əlavə, onu üzərinə müəyyən öhdəliklər götürmək şərtilə İtaliya hökuməti özü təklif edib. Nəzərə almaq lazımdır ki, bu layihə İtaliyanın özünə və digər Avropa ölkələrinə lazımdır. Biz onları təbii qazla təchiz edəcəyik”.

Azərbaycanın energetika naziri vurğulayıb ki, bu məhkəmə son instansiya deyil: “Aprelin 19-na qədər gözləyək. Yenə təkrar edirəm ki, saziş İtaliya hökuməti ilə bağlanıb, regional hakimiyyətlərlə deyil. Marşrutu da biz təklif etməmişik. Ümumilikdə, problem bizə tanışdır. Bu cür maneələrə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisində və digər layihələrdə də rast gəlmişik”.

Qeyd edək ki, İtaliya məhkəməsinin qərarı boru kəmərinin tikintisini aprelin 19-na kimi dayandırır və həmin tarixdə məhkəmə məsələyə bir daha baxacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here