İtaliyanın Lazio Regional İnzibati Məhkəməsi Trans Adriatik Borusunun (TAP) keçəcəyi yerdə zeytun ağaclarının kəsilməsi üçün ekologiya nazirliyinin verdiyi icazəni dayandırıb, İtaliyanın ANSA xəbər agentliyi bildirib.
VOİCEPRESS BBC-yə istinadən bildirir ki, icazənin dayandırılması Pugli regional hökumətinin şikayətinə dair aprelin 19-a təyin edilmiş məhkəmə iclasına qədər qüvvədə olacaq, xəbərdə deyilir.
TAP-ın keçəcəyi Puglia rayonunun Melendugno bölgəsində zeytun ağaclarının kəsilməsinə qarşı böyük etiraz aksiyalarının keçirildiyi deyilir.
TAP borusu üçün boru hissələriTAP borusunun Albaniya hissəsində tikinti üçün gətirilən boru hissələri
TAP-ın tikintisinə qarşı kampaniya liderlərindən biri, Alfredo Pasiello məhkəmənin qərarı ilə razı olduğunu bildirib.
Sənaye naziri Carlo Calenda isə çərşənbə günü TAP-ın tikintisinin tezliklə başlanmasına ehtiyac olduğunu deyib.
VOİCEPRESS.AZ