Suriyada partlayış: 70 ölü, 130 yaralı

0
314350

Suriyanın Hələb şəhərində “canlı bomba”nın özünü partlatması nəticəsində 70 nəfər həlak olub, 130 nəfər yaralanıb.

VOİCEPRESS al Jazeera-ya istinadən bildirir ki, “canlı bomba” avtomobilini Rəşidin rayonunda yanacaqdoldurma stansiyasının yanında partladıb. Stansiyanın yaxınlığında İdlib vilayətindəki Əl Fua və Kefraya qəsəbələrinin sakinlərinin əyləşdikləri avtobuslar vardı. Onlar terroçuların mühasirəyə aldıqları qəsəbələrdən təlxiyyə olunmuşdular.

Cibrin şəhərindəki qaçqınların müvəqqəti yerləşdirilmə mərkəzinə yollanan avtobus karvanı Rəşidindəki yanacaqdoldurma stansiyasında fasilə üçün durmuşdu.

Əl Fua və Kefraya qəsəbələrindən sakinlərlə yanaşı, Dəməşq yaxınlığındakı Zəbadani və Mədaya dağ kurortlarından “Cəbhət əl Nusra”nın terrorçuları çıxarılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here