Suriyada kimyəvi silahdan istifadə zamanı ən azı 27 uşaq ölüb

0
314084

Suriyanın İdlib vilayətinin Xan Şeyxun şəhərində kimyəvi silahdan istifadə nəticəsində ən azı 27 uşaq ölüb.

VOİCEPRESS oxu.az-a istinadən bildirir ki, bu məlumatı BMT-nin Uşaq Fondu (UNİCEF) da təsdiqləyib.

“Suriyanın şimal-şərqində İdlib vilayətində kimyəvi silahdan istifadə zamanı ən azı 27 uşağın ölməsini təsdiqləyirik”, – UNİCEF-in məlumatında deyilir.

Qeyd olunur ki, insident zamanı 546 nəfər xəsarət alıb. Ölənlərin sayının artacağı gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here