Suriyada dəhşət: şəhərə zəhər yağdırıldı, onlarla uşaq öldü – VİDEO – FOTO – YENİLƏNİB

0
314104

15:04

VOİCEPRESS “Əl Manar”-a istinadən bildirir ki, Xan-Şeyhuna “Zarin” qazlı 36 avia-bomba atılıb. Bombaların üçü Məarəd Əl Numan hospitalına düşüb. Həlak olanlar arasında 6 tibb bacısı da var. Şəhərin cənubuna isə xlor qazlı bombalar atılıb. “Reuters” bildirir ki, bombardmanda 55 nəfər ölüb.

Anadolu xəbər agentliyi bombardmanda 63 nəfərin həlak olduğunu, Suriya müxalifləri isə qurbanların 520 nəfər olduğunu deyirlər.

14:45

Suriyanın İdlib vilayətindəki Xan-Şeyhun şəhərinə kimyəvi silahla hücum nəticəsində 32 nəfər həlak olub.

VOİCEPRESS Al Jazeera-ya imstinadən bildirir ki, zəhərlənərək ölənlərin arasında 9 uşaq var.

Qurbanların sayı sürətlə artır.

Al Arabiya-nın məlumatına görəsə, Xan-Şeyhuna hücum zamanı 100 nəfərin həlak olduğu, 500 nəfərin yaralandığı deyilir. Onların arasında onlarla uşaq var.

Yerli sakinlərin dediklərinə görə, şəhərin bombardmanı zamanı içində zərəli qaz olan bombalardan istifadə olunub.

14:30

Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib.

VOİCEPRESS Türkiyə KİV-nə xəbər verir ki, bunu İdlib Mülki Müdafiə Dəstəsinin üzvü Enes Barakat “Anadolu” agentliyinə açıqlamasında deyib. O bildirib ki, Suriya ordusuna aid təyyarələr bu gün səhər saatlarında İdlibin cənubundakı Xan Şeyhun bölgəsinə hazırlanmasında zəhərli xlor qazından istifadə edilmiş bombalar atıb. Nəticədə 43 mülki şəxs ölüb, 215 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti uşaqlardır.

Qeyd edək ki, dünən gecə İdlibin El Habit bölgəsi də hücuma məruz qalıb. Nəticədə 20 mülki şəxs xlor qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here