Stokholmda saxlanılan şəxs terror aktını İŞİD-in əmri ilə törətdiyini etiraf edib

0
314203

Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib.

VOİCEPRESS xəbər verir ki, bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib.

Terrorçu ifadəsində İŞİD tərəfdarı olduğunu etiraf edib. “Suriyada bombardmanlara son qoyulmalıdır”, deyə R.Akilov bildirib.

Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here