Stokholmda bayraqlar endirildi

0
314717

Stokholmda dövlət idarələri və təşkilatlar üzərində olan dövlət bayraqları ötən gün baş vermiş terror aktı zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq endirilib.

VOİCEPRESS xəbər verir ki, bayraqların endirilməsi barədə qərar İsveçin digər regionlarında da qəbul edilib.

Hazırda insanlar insident baş vermiş əraziyə gül-çiçək gətirməkdə davam edirlər.

Xatırladaq ki, ötən gün İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb. Nəticədə 5 nəfər ölüb, xəsarət alanlar olub.

İsveç polisi və baş nazir hadisəni terror aktı adlandırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here