“Stokholm terrorunda azərbaycanlıların xəsarət alması ilə bağlı məsələ araşdırılır”

0
314743

“Stokholmda baş vermiş hadisədə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi İsveçdəki səfirliyimiz tərəfindən bu ölkənin müvafiq orqanları vasitəsi ilə araşdırılır”.

VOİCEPRESS xəbər verir ki, bunu apa-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Stokholmda yük maşınını idarə edən sürücü avtomobili insanların üstünə sürüb. Hadisə nəticəsində hələlik 3 nəfərin öldüyü, çoxsaylı yaralının olduğu deyilir.

Hadisəni törədən şəxs saxlanılıb. İsveçin baş naziri Stefan Loven əlamətlərə görə hadisənin terror aktı olmasının ehtimal edildiyini bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here