“İslam Həmrəyliyi Oyunları İslamın həqiqi obrazını nümayiş etdirir”

0
314318

İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrində ən böyük idman tədbiridir və təkcə İslam həmrəyliyini yox, həm də İslamın həqiqi obrazını nümayiş etdirir.

VOİCEPRESS bildirir ki, bunu trend-ə eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib.

Onun sözlərinə görə, İƏT-in sülh, inkişaf və həmrəyliyə kömək göstərməsi çox vacibdir: “Ona görə də Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması çox mühümdür. Bu, İƏT-in vacib üzv ölkəsi olan Azərbaycanın statusunu, dostluq, birlik və müsəlman dünyasında insanların dinc birgəyaşayışı üçün böyük səylərini vurğulayır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here