“Sinhua”: “Azərbaycanla Çin arasında münasibətlər yüksək səviyyəyə çatıb”

1 Aprel, 12:04

Azərbaycanla Çin arasında münasibətlər siyasi dialoqun və fəal iqtisadi əməkdaşlığın yüksək səviyyəsinə çatıb.

VOİCEPRESS xəbər verir ki, bunu Çinin “Sinhua” agentliyinə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstu Həbibbəyli deyib.

O qeyd edib ki, aprelin 2-də iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi qeyd olunacaq.

Azərbaycanın və Çinin beynəlxalq nəqliyyat və logistika layihələrində əsas fiqur olduğunu deyən Ə.Həbibbəyli qeyd edib ki, ölkələr böyük əməkdaşlıq potensiallarını reallaşdırmaq üçün çalışır.

Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini deyib: “Azərbaycan və Çin arasında münasibətlər yüksək templə inkişaf edir və Azərbaycanın, 21-ci əsrin ən böyük təşəbbüsü olan “İpək yolu” layihəsində dəyərli tərəfdaş olmaq imkanları var”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here