İspaniya La Liqasında ötən ayın ən yaxşı baş məşqçisi müəyyənləşib.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, bu, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeonedir. Argentinalı çalışdırıcının komandası mart ayında meydana çıxdığı 4 qarşılaşmanın 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib.
Qeyd edək ki, ötən ayın ən yaxşı futbolçusu da “Atletiko”dan Antuan Qrizmann seçilib.
VOİCEPRESS.AZ