Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi

0
313944

Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.

VOİCEPRESS xəbər verir ki, sualtı qayıqların “Pukkıkson-2” tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.

Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəri ilə Pxenyanda hərbi parad təşkil olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here