“İşğal altında olan ərazilərimizdə qanunsuz qazıntılar aparanlar qara siyahıya salınacaq”

0
313749

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizdə hər hansı qazıntı, bərpa işlərinin aparılmasında iştirak edən xarici şirkət “qara siyahı”ya daxil ediləcək”.

VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib: “Bu yaxınlarda bizi olduqca narahat edən faktlar aşkarlanıb. Dağlıq Qarabağın işğal olunduğu ərazilərdə bizim tarixi abidələri guya yenidən təhlil etmək üçün onların bəziləri üzərində qazıntılar aparılır, yalandan tarix uydurmaq məqsədilə işlər aparılır. Əfsus ki, bəzən digər ölkələrin alimləri də bu işə cəlb olunurlar. Buna görə Azərbaycanın mövqeyi prinsipialdır. Əgər hansı bir xarici şirkət orada qanunsuz aparılan qazıntılarda, bərpa işlərində iştirak edəcəksə, o, Azərbaycanda “qara siyahı”ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə dayandırılacaq”.

Ə.Qarayev bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin də öz narahatçılığını bildirdiyini söyləyib: “Biz, nazirlik olaraq YUNESKO, İSESKO səviyyəsində narahatlığımızı bildirmişik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here