Şeyxülislam: “Bəziləri din adı ilə “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər”

15 Aprel, 19:04

“Bəzi şəxslər dinin adından istifadə edərək “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər”.

VOİCEPRESS-in xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, gərginlik yaratmaq istəyənlərin həmin məscid və məhəllə ilə heç bir əlaqəsi olmayıb: “Prezident məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev həzrətləri dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək. Prezident biz dindarlara verdiyi sözə həmişə əməl edib”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here