Şəkidə mikroavtobus aşdı: 17 yaralı var

0
313849

Şəkidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

VOİCEPRESS xəbər verir ki, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Nəticədə ikisi uşaq olmaqla 17 nəfərin xəsarət aldığı bildirilir.

Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin çıxması nəticəsində aşıb.

Hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsində yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here