Azərbaycanın qeyri-neft sektoruna ən böyük investisiyaları Türkiyə şirkətləri yatırır.
VOİCEPRESS -in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə-Azərbaycan iş adamları və sənayeçiləri İctimai Birliyinin (TÜİB) Ümumi Şurasının bu gün keçirilən iclasında deyib.
Diplomat bildirib ki, Türkiyə şirkətləri Azərbaycanda 10 minlərlə iş yeri açaraq iqtisadiyyata önəmli dəstək verir.
VOİCEPRESS.AZ